Modern.az

İstefa verən erməni deputatlar qubernator ola bilərlər

İstefa verən erməni deputatlar qubernator ola bilərlər

Aktual

4 Yanvar 2022, 21:35

Ermənistan parlamentinin istefa verən deputatları Sergey Movsisyan və Sedrak Tevonyan hökumətdə işləməyə başlayacaqlar.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri məlumat yayıb.

 

Qəzetin yazdığına görə, Movsisyan Araqatsotn vilayətinin qubernatoru, Tevonyan isə bir neçə ay əvvəl istefa ərizəsi ilə müraciət edən, lakin sonra onu geri götürən atası Razmik Tevonyanı əvəz edərək Ararat vilayətinə rəhbərlik edəcək.

 

Qeyd edək ki, bundan əvvəl Ermənistan parlamentinin hakim “Mülki müqavilə” fraksiyasının deputatları Sergey Movsisyan və Sedrak Tevonyan mandatlarından imtina ediblər.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı