Modern.az

Türkiyə Superkubokunun qalibi

Türkiyə Superkubokunun qalibi

Aktual

6 Yanvar 2022, 00:57

Türkiyə Superkubokunun qalibi müəyyənləşib.

 

Modern.az xəbər verir ki, həlledici matç ilk dəfə Qətərdə təşkil olunub.

 

Son keçirilən görüşdə “Beşiktaş”la “Antalyaspor” üz-üzə gəlib. Oyun 1:1 hesbl ilə yekunlaşıb.

 

Qarşılaşmanın taleyi penaltilər seriyasında həll olunub. Daha dəqiq olan “Beşiktaş” (4:2) kuboku başı üzərinə qaldırıb.

 

Bununla da “Beşiktaş” 9-cu dəfə Superkuboka yiyələnib. Sonuncu dəfə bu mükafata 2006-cı ildə sahib çıxan “ağ-qaralar” “Fənərbaxça” və “Trabzonspor”a çatıb. Bu göstəricidə rekord 16 Superkubok qazanan “Qalatasaray”a məxsusdur.

 

Qeyd edək ki, 1966-cı ildən keçirilən Türkiyə Superkuboku Qətərdəki oyunadək yalnız üç dəfə ölkə xaricində baş tutub. 2006-08-ci illərdə matça Almaniya ev sahibliyi edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı