Modern.az

Turistlərin qayığının üzərinə qaya parçası düşdü - Video

Turistlərin qayığının üzərinə qaya parçası düşdü - Video

مورد توجه

9 Yanvar 2022, 10:50

Braziliyanın cənub-şərqindəki Minas-Jerais ştatında qaya parçası turistlərin gəzintiyə çıxdıqları qayıqların üzərinə düşüb.

 

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, uçqun nəticəsində 7 nəfər dünyasını dəyişib. Onlardan 3-ü qadın, 4-ü kişidir. Ölənlərin şəxsiyyəti dəqiqləşdirilir. 3 nəfərin axtarışları isə davam edir.

 

 

Furnas gölündə baş verən qəzanın səbəbi kimi iki versiya səsləndirilir: su burulğanı və ya leysan yağışları nəticəsində baş verən erroziya.

 

 


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı