Türkiyənin Bursa şəhərində yanğınsöndürən maşının qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub.
Modern.az xəbər verir ki, bu barədə məlumatı “Anadolu” agentliyi yayıb.
Qeyd olunub ki, yanğınsöndürənlər başqa bir qəzaya müdaxilə etmək üçün yola çıxıblar, lakin hadisə yerinə 200 metrə qalmış sürücünün maşının idarəetməsini itirməsi nəticəsində qəzaya uğrayıblar.