Qırğızıstan Qazaxıstana daha bir nota verib.
Modern.az xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Nota Qazaxıstandakı hadisələrlə bağlı 5 Qırğızıstan vətəndaşının saxlanılmasına görə verilib.
Rəsmi Bişkek vətəndaşlarının dərhal azad olunmasını tələb edib.
Xatırladaq ki, dünən Qırğızıstan vətəndaşı, musiqiçi Vikram Ruzaxunovun saxlanılması faktı ilə bağlı da ölkə XİN-i Qazaxıstana nota vermişdi.