Modern.az

Naftalanda narkomaniyaya qarşı mübarizə aparılır

Naftalanda narkomaniyaya qarşı mübarizə aparılır

Aktual

10 Yanvar 2022, 15:25

Narkomaniyaya qarşı mübarizə ilə bağlı tədbir keçirilib

 

Naftalanda ümümtəhsil müəssisələrində “Narkomaniyaya qarşı mübarizə hər birimizin borcudur” mövsuzunda görüşlər keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə ŞİH başçısının müavini, şəhər polis şöbəsinin rəisi, valideynlər, şagirlər, pedaqoji kollektivlər iştirak edib.

 

Natiqlər, narkotik vasitələrin insan orqanizminə göstərdiyi mənfi təsirlər və gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadlar barədə söhbər açaraq, yeniyetmə və gəncləri bu zərərli vərdişlərdən uzaq durmağa çağırıblar.

 

Həmçinin, problemin həllində əsas addımlardan birinin təbliğat və maarifləndirmə işini genişləndirmək olduğunu vurğulayaraq, məktəblərdə görülən profilaktik tədbirlər barədə ətraflı məlumat veriblər. Bütövlükdə cəmiyyətimiz üçün gənclərimizi zərərli vərdişlərə aludə olmaqdan var gücümüz və fəaliyyətimizlə çəkindirməli, onları sağlam ruhda tərbiyə etməliyik.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı