“Biz artıq Qafqazda yeni dönəmə girmişik. Bu, Azərbaycan ərazilərini işğaldan azad etməsi ilə baş verib”.
Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı ölkələrinin iclasında deyib.
"Ermənistanla münasibətləri normallaşdırma prosesinə artıq başlamışıq. Ermənistanın regionda sülh budağını yaxşı dəyərləndirib Azərbaycanla müsbət münasibət qurması xüsusi əhəmiyyət kəsb edir", - deyə Prezident qeyd edib.