Modern.az

İran diplomatları 6 ildən sonra Səudiyyə Ərəbistanında...

İran diplomatları 6 ildən sonra Səudiyyə Ərəbistanında...

Aktual

17 Yanvar 2022, 16:59

İranı təmsil edən 3 diplomat 6 illik fasilədən sonra Səudiyyə Ərəbistanına gedib. Onlar İslam Əməkdaşlıq Təşkilatının Ciddədə keçiriləcək toplantısında iştirak edəcəklər.
 

Modern.az xəbər verir ki, bu barə.də İran mətbuatı məlumat yayıb.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahian Əl-Cəzirə telekanalına deyib:

"İraqda Səudiyyə Ərəbistanının müvafiq rəsmiləri ilə dörd raund müsbət və konstruktiv danışıqlar apardıq. Səudiyyə tərəfinin iki ölkə arasında münasibətlərin normallaşmasını istəməsi halında səfirlik və konsulluqlarımızın yenidən açılmasını alqışlayacağımızı bildirdik".

“Diplomatlarımız İran İslam Respublikasının Ciddədəki İslam Əməkdaşlıq Təşkilatındakı nümayəndəliyində məskunlaşacaqlar”, - Abdollahian əlavə edib.

Bu gün mətbuata açıqlama verən Xarici İşlər Nazirliyinin sözçüsü Səid Hatipzadə İranın Səudiyyə Ərəbistanındakı səfirliyini yenidən açmağa hazır olduğunu bildirib və deyib:

"Əlbəttə, bu, Səudiyyə Ərəbistanının əməli addımlarından asılıdır. Biz buna hazır olduğumuzu bəyan etmişik"

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı