Modern.az

Əfqanıstanda güclü zəlzələ - Ölənlər var - YENİLƏNİB

Əfqanıstanda güclü zəlzələ - Ölənlər var - YENİLƏNİB

Aktual

17 Yanvar 2022, 21:32

Əfqanıstanın qərbində baş verən zəlzələ nəticəsində 12 nəfər ölüb.

 

Modern.az xəbər verir ki, həmin şəxslər yaşayış evlərinin dağılması nəticəsində həlak olublar.

 

***

17:44

 

Əfqanıstanın şimal-qərbində Rixter cədvəli ilə 5,6 bal gücündə zəlzələ olub.

 

Modern.az-ın məlumatına görə, yeraltı təkanlar 272 min əhalinin yaşadığı Herat şəhərindən 154 kilometr şimal-şərqdə baş verib.

 

Zəlzələnin episentri yerin 30 kilometr dərinliyində qeydə alınıb.

 

Hər hansı bir itki və ya fəsad barədə məlumat verilməyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı