Modern.az

KTMT baş katibi Ermənistan-Azərbaycan sərhədindən DANIŞDI

KTMT baş katibi Ermənistan-Azərbaycan sərhədindən DANIŞDI

Aktual

21 Yanvar 2022, 08:58

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə toxunub.

Modern.az-ın məlumatına görə, baş katib bildirlib ki, Rusiyanın vasitəçiliyi ilə İrəvan və Bakının əldə etdiyi razılaşmalar sayəsində Qafqaz regionunda vəziyyət nisbətən sakit olaraq qalır.

“Vəziyyətin daha da normallaşması üçün dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə əməli iş lazımdır”, - Zas bildirib.
 

Qeyd edək ki, Ermənistanla Azərbaycan arasında sərhədlər delimitasiya olunmayıb. Sərhəddə vaxtaşırı gərginlik baş verir, sonuncu insident nəticəsində hər iki tərəfdən ölən hərbçilər olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı