Modern.az

"Brent" nefti ucuzlaşdı

Aktual

26 Yanvar 2022, 08:55

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2022-ci ilin aprel müqaviləsinin dəyəri 0,34% azalaraq 1 barelə görə 86,88 dollar təşkil edib.

 

Modern.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin martda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,43% azalaraq 83,23 dollar təşkil edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı