Modern.az

Ukraynada əsgər 5 hərbçi yoldaşını öldürdü, 5-ni YARALADI

Ukraynada əsgər 5 hərbçi yoldaşını öldürdü, 5-ni YARALADI

مورد توجه

27 Yanvar 2022, 10:08

Ukraynanın Dnepr şəhərində Milli Qvardiyanın 20 yaşlı hərbçisi Artemiy Ryabçuk “AK-47” avtomat silahından xidmət yoldaşlarına atəş açıb.

 

Modern.az xəbər verir ki, xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Hadisə yanvarın 27-də səhər 5 radələrində karaul otağında baş verib. Nəticədə 5 nəfər ölüb, 5-i yaralanıb.

 

A.Ryabçuk orduda müddətdən artıq həqiqi xidmət hərbi qulluqçu kimi xidmət edirmiş. Atəş açan zaman onun 7 minə yaxın gülləsi olub.

 

Hadisə zamanı otaqda ümumilikdə 22-yə yaxın hərbçi olub.

 

A.Ryabçuk olaydan sonra qaçıb. Onun tutulması üçün axtarış-əməliyyat tədbirləri keçirilir.

 

Hadisənin başvermə səbəbləri məlum deyil.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı