Modern.az

Ukraynadakı müharibəni 12 min jurnalist işıqlandırır

Ukraynadakı müharibəni 12 min jurnalist işıqlandırır

Aktual

21 Fevral 2023, 18:00

Ötən ilin fevralın 24-dən bəri 12 minə yaxın jurnalist Ukraynadakı müharibəni işıqlandırmaq üçün akkreditasiyadan keçib.

 

Modern.az xəbər verir ki, bu barədə “Sərhədsiz Reportyorlar” təşkilatı hesabat açıqlayıb.

 

Bildirilib ki, Ukraynada gedən müharibədə həyatını itirənlər arasında media nümayəndələri də olub.

 

"Onların çoxu baş verənləri sənədləşdirmək üçün həyatlarını riskə atıb, şiddətli döyüşlərin getdiyi bölgələrdən məlumat verib, bəziləri isə Rusiya qüvvələrinin hədəfinə tuş gəlib. İlk üç ayda 8 KİV əməkdaşı peşə borcunu yerinə yetirərkən həlak olub", - hesabatda qeyd olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı