Modern.az

İlham Əliyev tacik həmkarına BAŞSAĞLIĞI VERDİ

İlham Əliyev tacik həmkarına BAŞSAĞLIĞI VERDİ

Aktual

22 Fevral 2023, 16:14

Prezident İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona başsağlığı verib.

 

Modern.az xəbər verir ki, başsağlığı mətnində deyilir:

 

"Hörmətli Emoməli Şərifoviç,

 

Dağlıq Bədəxşan Muxtar Vilayətində baş vermiş qar uçqunu nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər bizi olduqca kədərləndirdi.

 

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Tacikistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

 

Allah rəhmət eləsin!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı