FHN Sumqayıtda yaşayış binasında baş verən yanğın barədə məlumat yayıb.
Modern.az nazirliyin saytına istinadən xəbər verir ki, Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 70 m² olan mənzilin eyvanında 1 ədəd kombi aparatı, 1 ədəd su qızdırıcısı, 5 m² sahədə dolab və qismən eyvanın plastikdən ibarət qapısı yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.