Modern.az

Almatıdan qazax jurnalist Xocalı soyqırımından YAZDI

Almatıdan qazax jurnalist Xocalı soyqırımından YAZDI

مورد توجه

26 Fevral 2023, 11:44

İnsanlıq tarixinin ən dəhşətli, ən böyük faciəsi, genosidi, fəlakəti olan Xocalı soyqırımının 31-ci ildönümüdür.  Dünyadakı 16 sivil dövlətin palamenti, ABŞ-nın 24 qanunverici orqanı azərbaycanlıların başına gətirilən Xocalı soyqırımını tanıyıb.

Bu fəlakət Xatın, Liditsa, Oradurom, Srebrenitsa fəlakətləri ilə eyni ağırlıqdadır...

O dəhşətli qarlı gecədə - 26 fevral 1992-ci ildə Xocalıda 613 dinc sakin güllələndi, 63 günahsız körpə, 106 qadın, 70 qoca, 8 ailə əzablar içərisində yandırıldı. 25 uşaq həm atasını, həm anasını itirdi.  Yetim böyüdülər. 27 ailəni yer üzündən sildilər, hər ailədən bu soyqırıma şahid 1 insan sağ qaldı. Sağ qaldılar ki, azərbaycanlıların dərdini anlamayanlara öz gözləri ilə gördüklərini danışsınlar.

Bu gün beynəlxalq aləmdə də sübut olunub ki, qanlı cinayətin səbəbkarı  həmin illərdə Ermənistan rəhbərliyinin siyasi elitası olub.

Biz qazaxıstanlılar, Qazaxıstanda yaşayan 140-dan artıq xalqı və milləti təmsil edən azadlıqsevər və sülhsevər insanlar bu faciəni unutmuruq.  Dünən Almatıdakı Dostluq Evində Azərbaycan Assosiasiyasının üzvləri ilə Xocalı soyqırımında şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad etdik.

Anım tədbirimizdə  etnik-mədəni mərkəzlərin rəhbərləri, Azərbaycan Assosiasiyasının gəncləri iştirak edirdi. Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının sədri Əbülfəs Xamedov, Qərib Məmmədov və mən bu qanlı tarixə qədər olan faciələrimizdən, türk xalqının bir daha belə fəlakətlərlə üzləşməməsi üçün görəcəyimiz işlərdən danışdıq.

Sonra Xocalıda şəhid olanların, Türkiyədə zəlzələ nəticəsində həyatını itirənlərin xatirəsinə Quran oxundu. Anım tədbirində Türkiyənin və Azərbaycanın diplomatik nümayəndəliyinin üzvləri də iştirak edirdilər.

Tanrı bütün şəhidlərə rəhmət eləsin!!!

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı