Azərbaycanın hakim partiyasının nümayəndələri Türkiyəyə səfər edib, zəlzələ ilə bağlı Türkiyəyə başsağlığı veriblər.
Modern.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömər Çelik məlumat verib.
O, Azərbaycana təşəkkürünü bildirib.
"Türkiyəyə zəlzələyə görə ilk axtarış-xilasetmə qrupu göndərən və ən gec ölkəmizdən ayrılan Azərbaycan tərəfi oldu. Onların ürəyimizdəki yeri fərqlidir”, - Çelik bildirib.