Modern.az

Xankəndidə tələbələrlə görüş - FOTO

Xankəndidə tələbələrlə görüş - FOTO

Aktual

Bu gün, 14:44

Mayın 21-də  Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Qarabağ Universitetinin tələbələri ilə dəyirmi masa keçirilib.

Qarabağ Universitetinin tələbə və müəllim heyətinin, eləcə də Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşlarının iştirak etdiyi görüşdə, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri, dayanıqlı məskunlaşma və regionun inkişaf perspektivləri müzakirə olunub.

Tələbələrə Xankəndi şəhərində aparılan genişmiqyaslı tikinti və abadlıq layihələri, sosial infrastrukturun yenidən qurulması, əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, tədbirdə  xüsusi nümayəndəliyin fəaliyyəti, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələr və gələcək inkişaf planları barədə təqdimatlar olub, tələbələri maraqlandıran suallar cavablandırılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı