Modern.az

Milli koordinator “Bakı Bəyannaməsi”nin qlobal rolunu açıqladı 

Milli koordinator “Bakı Bəyannaməsi”nin qlobal rolunu açıqladı 

Aktual

Bu gün, 16:00

“Bakı Bəyannaməsi” qlobal şəhər çağırışları ilə mübarizədə həmrəyliyin vacibliyini bir daha təsdiqləyib.

Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) rəsmi bağlanış mərasimində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev bildirib.

Milli koordinatorun sözlərinə görə, sənəd müasir şəhər çağırışlarının, o cümlədən qlobal mənzil böhranının həlli, daha inklüziv şəhər inkişafının təmin edilməsi, həmrəylik, tərəfdaşlıq və koordinasiyalı beynəlxalq fəaliyyətin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

“Forum çərçivəsində yaradılan Biznes və İnnovasiya Mərkəzi startaplar, özəl sektor nümayəndələri, investorlar, innovatorlar, hökumətlər və inkişaf tərəfdaşları üçün ayrıca əməkdaşlıq platforması rolunu oynayıb”.

A.Quliyev əlavə edib ki, WUF13 iştirakçılarının 17 faizini özəl sektor təmsilçiləri təşkil edib. Onun sözlərinə görə, bu isə özəl sektorun dayanıqlı şəhər inkişafında artan rolunu göstərir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı