Modern.az

Türkiyədə bələdiyyə sədri GÜLLƏLƏNDİ

Türkiyədə bələdiyyə sədri GÜLLƏLƏNDİ

Dünya

Bu gün, 18:26

Türkiyənin Muğla vilayətinin Fethiye rayonunun bələdiyyə sədri Alim Karacaya qarşı silahlı hücum təşkil edilib.

Modern.az “Haber Global”a istinadla xəbər verir ki, ayağından yaralanan bələdiyyə sədri təcili olaraq xəstəxanaya çatdırılıb.

İlkin məlumatlara görə, A. Karaca hələlik məlum olmayan səbəbdən silahlı hücuma məruz qalıb.

Hüquq-mühafizə orqanları hadisə ilə bağlı genişmiqyaslı araşdırmalara başlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı