Modern.az

İranla Amerika arasında 3 mübahisə qalır

İranla Amerika arasında 3 mübahisə qalır

Dünya

23 May 2026, 23:18

İranla ABŞ arasında aparılan danışıqlarda hazırkı mərhələdə nüvə məsələsi gündəliyə daxil edilməyəcək.

Modern.az-ın “Fars” agentliyinə istinadən yaydığı məlumata görə, yalnız qarşı tərəf etimadın formalaşdırılması üçün irəli sürülən şərtləri yerinə yetirəcəyi təqdirdə, növbəti danışıqlar raundunda nüvə mövzularının müzakirəsi mümkün ola bilər.

Əsas şərtlərdən biri dondurulmuş maliyyə vəsaitlərinin geri qaytarılmasıdır. Bildirilir ki, İranın danışıqlarda irəliləyişə razılıq verməsi üçün ilk növbədə həmin aktivlərin üzərindən məhdudiyyətlər götürülməlidir.

Üçüncü məsələ isə Hörmüz boğazı ilə bağlıdır. ABŞ boğazda vəziyyətin tam şəkildə əvvəlki vəziyyətinə qaytarılmasını tələb etsə də, İran yalnız gəmilərin sayının əvvəlki səviyyəyə çatdırılması ilə bağlı öhdəlik götürdüyünü bildirir.

Məlumata əsasən, bu yanaşma gəmilərin İranın müəyyən etdiyi marşrut üzrə hərəkət etməsi və yalnız Tehranın uyğun hesab etdiyi sayda gəminin keçidinə icazə verilməsi deməkdir.

Agentliyin adını açıqlamadığı mənbə qeyd edib ki, ABŞ bir sıra məsələlərdə İranın mövqeyini qəbul etsə də, sözügedən üç əsas problem hələ də həll olunmamış qalır və İran bütün mümkün ssenarilərə hazırdır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı