Fransa İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir barəsində sanksiya qərarı qəbul edib.
Modern.az-ın xarici mediaya istinadən yaydığı məlumata görə, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro “X” sosial şəbəkəsində paylaşım edib.
Barro bildirib ki, bu gündən etibarən Ben-Qvirin Fransa ərazisinə girişinə qadağa qoyulub. Onun sözlərinə görə, qərar “Sumud” donanmasında olan Fransa və digər Avropa ölkələri vətəndaşlarına qarşı nümayiş etdirilən yolverilməz davranışlarla əlaqədardır.
“Fransa vətəndaşlarının təhdid olunması, təzyiqə və zorakılığa məruz qalması qəbuledilməzdir”, - deyə nazir vurğulayıb.
Xatırladaq ki, İsrail Hərbi Dəniz Qüvvələri humanitar yardım apararaq Qəzzaya istiqamətlənən “Sumud” donanmasına aid gəmiləri xüsusi əməliyyat zamanı saxlayıb. Daha sonra Ben-Qvir saxlanılan fəalların alçaldılmasını əks etdirən görüntüləri ictimaiyyətlə bölüşüb.