Modern.az

"Qəbələ" "Şamaxı"nı məğlub etdi

"Qəbələ" "Şamaxı"nı məğlub etdi

İdman

Bu gün, 20:22

Misli Premyer Liqasında sonuncu - XXXIII turun açılış matçında "Qəbələ" "Şamaxı"nı məğlub edib.

Modern.az xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan matç ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə bitib.

"Qəbələ"nin heyətində Seydina Keyta (4), Domi Massumo (33), Nicat Əliyev (36) fərqləniblər. "Şamaxı"nın qolunu isə Karim Rossi (15) vurub.

Qəbələ kollektivi 27 xalla 11-ci, qonaqlar 38 xalla 8-ci pillədə qərarlaşıblar.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı