Modern.az

Azərbaycan millisinin növbəti rəqibi bəlli olub

Azərbaycan millisinin növbəti rəqibi bəlli olub

İdman

Bu gün, 18:43

Futbol üzrə Azərbaycan millisi bu il sentyabrın 23-də Bakıda Tacikistanın komandası ilə yoldaşlıq oyunu keçirəcək.

Modern.az xəbər verir ki, Tacikistan Futbol Federasiyası informasiyanı artıq təsdiqləyib. Sözügedən rəqiblə əvvəlki qarşılaşmalarda – 1993-cü ildə Tehranda beynəlxalq turnirdə və 2007-ci ildə Düşənbədə yoldaşlıq görüşündə Azərbaycan futbolçuları qələbə qazanıblar – 2:0 və 3:2.

Tacikistanla oyundan əvvəl – iyunda məşq toplanışı keçirəcək Azərbaycan millisi ayın 5-də Malta, 9-da isə San Marino komandaları ilə qüvvəsini sınayacaq. Bu matçlar Macarıstanda keçiriləcək.

Taciklərlə qarşılaşmadan sonra isə Azərbaycan millisi 2026/27 UEFA Millətlət Liqası D liqası çərçivəsində sentyabrın 27-də səfərdə Litva, daha sonra oktyabrın 1-də evdə Lixtenşteyn və 4-də isə yenidən Litva komandaları ilə üz-üzə gələcək

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı