Modern.az

Xalq artisti Yaşar Nuri vəfat edib

Xalq artisti Yaşar Nuri vəfat edib

Ölkə

22 Noyabr 2012, 09:19

Azərbaycan Xalq artisti, Akademik Milli Dram teatrının aktyoru Yaşar Nuri noyabrın 22-də  səhər saatlarında dünyasını dəyişib. Modern.az xəbər verir ki, bu barədə aktyorun ailəsindən məlumat verilib.

Yaşar Nuri uzun müdddət idi ağır xəstəlikdən əziyyət çəkirdi. O, 2008-ci ilin mayında Türkiyədəki klinikaların birində qaraciyərindən əməliyyat olunmuşdu. Daha sonra uzun müddət həm Bakı Mərkəzi Gömrük Hospitalında , həm də İstanbulun "Memorial" xəstəxanasında müalicə olunub.  Son günlər səhhəti kəskin ağırlaşmışdı.

Yaşar Nuri 1951-ci ilin sentyabrın 3-də Bakı şəhərində, məşhur aktyor  Məmmədasdıq Nuriyevin ailəsində anadan olub. 1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Teatr İnstitutunu bitirib. 1974-cü ildən o, Azərbaycan Dövlət Drama Teatrın aktyorudur.

Görkəmli sənətkar "Yaramaz", "Yol əhvalatı", "Hər şey yaxşılığa doğru", "Yoxlama", "Nakəs", "Fransız", "Lətifə" kimi məşhur filmlərdə, "Yarımştat", "Göz həkimi", "Kişilər", "Qatarda" teletamaşalarında müxtəlif rolllar oynayıb. Görkəmli aktyor bir-birindən fəqli, daimi olaraq yaddaşlarda qalan rolların ifaçısına çevrilib.

Yaşar Nuri özünü həm kinoda, həm də teatrda rejissor kimi də sınamışdı. Teatrda İsi Məlikzadənin "Subaylarınızdan görəsiniz" əsərinə quruluş vermiş, kinoda isə "Spasibo" filmini çəkmişdi.
1989-cu ildən Azərbaycanın Xalq artistidir. 2011-ci ilin sentyabrında "Şöhrət" ordeni ilə təltif olunub.

Allah rəhmət eləsin.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı