Modern.az

Azərbaycanda rəsmi olaraq 41 min işsiz var, bəs qeyri-rəsmi?

Azərbaycanda rəsmi olaraq 41 min işsiz var, bəs qeyri-rəsmi?

Ölkə

16 İyun 2010, 13:16

Bu ilin son 5 ayı ərzində Azərbaycanın məşğulluq xidmət orqanlarında 8 min 897 nəfər qeydiyyata alınıb.

Baş Məşğulluq İdarəsinin rəis müavini Şahbaz Xələfov Modern.az saytına bildirib ki, 2010-cu ilin 5 ayı ərzində 18 min 307 nəfər məşğulluq idarəsinə müraciət edib. “Bunlardan 8 min 897 nəfəri qeydiyyata düşüb. 1281 nəfər isə işlə təmin olunub. 1452 nəfərə müavinət təyin olunub. Bu da keçən illə müqayisədə 41 faiz azdır. Peşə hazırlığına 1720 nəfər, ictimai işlərə isə 703 nəfər cəlb olunub”.

Şahbaz Xələfov onu da qeyd edib ki, qeyri-rəsmi olaraq bu gün respublikada 270 min nəfər işsiz şəxs var:

“Bu da iqtisadi fəal əhalinin 6 faizi deməkdir. Rəsmi olaraq isə hazırda 41 min işsiz var. Bunların arasında da ən çox 25-50  yaş arası insanlar üstünlük təşkil edir”. Təhminə Paşayeva

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı