Modern.az

Azərbaycanda yol qəzalarının hər dörd qurbanından biri qadındır

Azərbaycanda yol qəzalarının hər dörd qurbanından biri qadındır

Ölkə

21 İyul 2010, 19:02

2010-cu birinci yarısında ölkənin avtomobil yollarında 1160 və ya ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz az yol-nəqliyyat hadisəsi qeydə alınıb. Modern.az-ın məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib. Komitənin məlumatına görə, baş vermiş qəzalar nəticəsində 1580 şəxs zərər çəkib, onların 23,8 faizi həlak olub, 76,2 faizi isə müxtəlif dərəcəli bədən xəsarəti alaraq yaralanıb. Hadisələrin sayı ilə yanaşı, yaralananların sayı da 66 nəfər azalaraq 1204 nəfər olub, həlak olanların sayında isə 6 nəfər artım müşahidə olunaraq 376 nəfər təşkil edib. Qəzalar nəticəsində zərər çəkənlərin hər dörd nəfərindən biri qadın olub. Bütün yol-nəqliyyat hadisələrinin 39,6 faizi nəqliyyat vasitələrinin və piyadaların iştirakı ilə, 38,5 faizi bir neçə nəqliyyat vasitəsinin, 21,9 faizi isə bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib. Altı ay ərzində sərxoş sürücülər tərəfindən nəqliyyat vasitələrinin idarə olunması zamanı ölümlə və ya bədən xəsarəti ilə nəticələnən 30 və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 34,8 faiz az hadisə baş verib, bu hadisələr nəticəsində 13 nəfər həlak olub, 41 nəfər yaralanıb. Hadisələrin beşdə dörd hissəsi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib və onları törədən sərxoş sürücülərin 38,5 faizinin qanında 0,5-ə qədər, 57,7 faizində isə 0,5-0,8 promilledən çox miqdarda alkoqolun səviyyəsi aşkar edilib. Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı