Modern.az

Dövlət Yanğın Nəzarəti Xidməti bağ evlərinə gedən yolların şlaqbaumlarını sökür

Dövlət Yanğın Nəzarəti Xidməti bağ evlərinə gedən yolların şlaqbaumlarını sökür

Ölkə

6 Avqust 2010, 11:59

Modern.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun bağ massivlərində yanğın təhlükəsizliyi tədbirləri həyata keçirir.  
Dövlət Yanğın Nəzarəti Xidmətinin  Yanğına qarşı təbliğat şöbəsindən verilən məlumata görə, bağ massivlərində aparılan növbəti yanğın təhlükəsizliyi tədbirində xüsusi avtonəqliyyat vasitələrinin, xüsusən də yanğın avtomobillərinin evlərə sərbəst yaxınlaşmasına sakinlər tərəfindən yaradılmış maneələr müəyyən edilib. 

Dövlət Yanğın Nəzarəti Xidməti müvafiq icazələr olmadan dirəklərin, şlaqbaumların quraşdırılmasının, keçidlərin bağlanmasının yanğın hadisələri zamanı yanğın avtomobillərinin hərəkətinə, çevik manevr etməsinə maneçilik törətməsini nəzərə alaraq həmin maneələrin ləğv edilməsi üçün əməli tədbirlər görüb. Bu istiqamətdə həyata keçirilmiş tədbirlər zamanı sakinlər arasında izahat işi aparılaraq bildirilib ki, müvafiq icazələr olmadan dirəklərin, şlaqbaumların quraşdırılması, keçidlərin bağlanması yanğın avtomobillərinin hadisə yerinə vaxtında çatmasına ciddi maneçilik yaradır, vaxt itkisinə yol verildiyindən yanğının əhatə dairəsi genişlənərək onun vurduğu ziyanın miqdarı çoxalır.

Sakinlərə həmçinin bildirilib ki, yolllarda dirəklərin, şlaqbaumların quraşdırılması, keçidlərin bağlanması tək yanğın avtomobillərinin deyil, digər xüsusi təyinatlı maşınların, o cümlədən təcili yardım avtomobillərinin çevik hərəkətinə məhdudiyyətlər yaradır.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı