Modern.az

Lənkəranda məsciddə baş verən atışmanın əsl təfərrüatları...

Lənkəranda məsciddə baş verən atışmanın əsl təfərrüatları...

Ölkə

3 Sentyabr 2010, 11:13

Ötən gecə Lənkəran rayonunun Qumbaşı kəndində silahlı şəxslər məscidə yığışmış insanlara atəş açıb. Hadisə gecə saat 01.05 radələrində baş verib. Nəticədə bir nəfər həlak olub, bir nəfər yaralanıb. Modern.az hadisənin əsl təfərrüatlarını öyrənə bilib. Hadisənin səbəbkarı olan bandit aradan çıxıb, hazırda onu  axtarırılar.

Qumbaşı kənd sakini Rahib Haşımovun Modern.az-a verdiyi məlumatına görə, m

əsciddə baş vermiş silahlı insident dini zəmində deyil kriminal xarakter daşıyır. Belə ki,  Qumbaşı kəndində qeydiyyatda olan, Bakı şəhərində yaşayan, əvvələr məhkum olunmuş Şirəliyev Emin Gülağa oğlu Masallı rayonundan olan bir nəfər şəxsin maşınını və qızıl məmulatlarını zorla əlindən alıb. Bundan sonra Şirəliyev Qumbaşı kəndinə gəlib. Masallının kriminal dairələri “razborkanı” həll etmək üçün Masallıdan Qumbaşıya gəliblər və Eminin üzə çıxmasını tələb ediblər. Lakin cəhdlər səmərəsiz qalıb. Dünən gücə yenidən 7-8 maşında kəndə gələn Masallı sakinləri Eminin məsciddə gizləndiyini güman edərək ora üz tutublar. Əhya gesəci münasibəti ilə məsciddə olan gənclər və yeniyetmələrdən Emini tələb ediblər. Bu zaman məsciddə namaz qılmağa gəlmiş Hüseynov Elşən Əhliman oğlu gələnlərə Eminin orada olmadığını deyib və onlardan təhqiri yığışdırmağı tələb edib. Onda gələnlərdən biri söyüş söyərək “vurun bunu” qışqırıb və “Vinçestr” markal tüfəngdən atəş aşıb. Nəticədə Elşən həlak olub. Bundan sonra məsciddə olan digər yeniyetmə Ağamoğlanov Ramin qaçaraq evdən bir xəncər gətirib və gələnlər ona da bir güllə vuraraq qaçıb aradan çıxıblar. Amma Lənkəran polisinin apardığı əməliyyat nəticəsində hucumda iştirak edən bütün Masallı sakinləri səhər saat 6-radələrində həbs edilib. Hazırda prokurorluq və polis hadisəni araşdırır.

Hadisənin səbəbkarı olan Emin Şirəliyev aradan çıxıb, onu  axtarırılar.

Modern.az

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı