Modern.az

Zahid Oruc Qarabağ əlillərinin ev problemini həll edib

Zahid Oruc Qarabağ əlillərinin ev problemini həll edib

Ölkə

3 Sentyabr 2010, 15:56
Bərdədə yaşayan Qarabağ müharibəsinin veteranları onlar üçün tikilmiş evin sənədləşməsində çətinliklə üzləşiblər. Belə ki, təhvil verilən binanın hüquqi sənədləşdirilməsi açıq qalıb. Bununla yanaşı bina qazlaşdırılmayıb və telefon da çəkilməyib. Bərdədən seçilən Milli Məclisin üzvü Zahid Oruc bu məqsədlə Bərdə şəhərində Qarabağ əlilləri üçün tikilmiş evin statusunu müəyyənləşdirmək üçün ora gedib.

Modern.az-a bu barədə məlumat verən millət vəkili bildirib ki, rayonda Qarabağ müharibəsi əlliləri üçün tikilmiş 24 mənzillli binanın  hüquqi statusunu müəyyən edən sənədləşdirilməsi, qazlaşdırılmasında və telefonlaşdıırılmasında problemlər olub. Z. Orucun sözlərinə görə, bununla bağlı müvafiq qurumlara müraciətləri müsbət nəticə verib. Qısa zamanda problem həll edilib. Hazırda qarabağ əlillərinin yaşadığı mənzillərin sənədləşdirilməsi, qazlaşdırılması və telefonlaşdırılması yüksək səviyyədə həyata keçirilib. 

Modern.az
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı