Modern.az

Bu il ali məktəblərə qızlar çox qəbul olunub, yoxsa oğlanlar?

Bu il ali məktəblərə qızlar çox qəbul olunub, yoxsa oğlanlar?

Ölkə

3 Sentyabr 2010, 19:02

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2010/2011-ci tədris ili üçün bütün ali məktəblərə qəbul imtahanlarını bir müddət öncə yekunlaşdırıb. Bu ilki imtahanların nəticələrinə əsasən, ali məktəblərə ən çox qızlar qəbul olunublar, yoxsa oğlanlar?

Modern.az bu sualla Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) müraciət edib. 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə saytımıza bildirib ki, bu ilki imtahanlardan sonra məlum olub ki, ali məktəblərə qəbulda qızlar oğlanları üstələyib. Belə ki, 14 min 928 qız ali məktəblərə qəbul olunmaqla oğlanlardan fərasətli çıxıblar.  Ali məktəblərə daxil ola bilən oğlanların sayı isə 13 min 809 nəfərdir.  

E.Nağızadə bildidb ki, bu il qəbul imtahanlarında 56 min 358 qız,   56 min 151 oğlan abituriyent iştirak edib.  

Vüqar Ağamalıoğlu

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı