Modern.az

TQDK magistraturaya qəbulla bağlı hər şeyi açıqladı

TQDK magistraturaya qəbulla bağlı hər şeyi açıqladı

Təhsil

11 Mart 2011, 16:07

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK)  tərəfindən “Magistr” xüsusi buraxılışının 3-cü sayı nəşr edilib. TQDK-nın mətbuat xidmətindən Modern.az-a bildirilib ki, jurnalda ali təhsil müəssisələrinin magistraturalarının bütün ixtisaslaşmalarına qəbul proqramlarını təqdim olunub. Hər bir bakalavr vəsaiti əldə etdikdən sonra "Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli" ilə diqqətlə tanış olmalıdı. Bakalavrlar bu siyahı əsasında bitirdikləri bakalavr ixtisasına uyğun olan magistratura istiqamətləri və  ixtisaslaşmaları ilə tanış ola, müvafiq qəbul proqramının nömrəsi və  ixtisaslaşmaların seçimi üçün tələb olunan minimal balı öyrənə bilərlər. Hər bir bakalavr qəbul imtahanının I mərhələsindəki nəticəsindən asılı olaraq ona seçmək hüququ verilən  ixtisaslaşmaların arasından öz istəyinə uyğun olanları seçməli  və  müvafiq proqram əsasında imtahanın ikinci mərhələsinə hazırlaşmalıdır.

QEYD: Magistraturaya ixtisaslaşma seçimi haqqında elan, qəbul aparılan ixtisaslaşmaların siyahısı və digər zəruri məlumatlar "Magistr" xüsusi buraxılışının növbəti sayında təqdim olunacaq. 

Xatırladırıq ki, 2011/2012-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul qaydaları “Magistr” xüsusi buraxılışının 2011-ci il 1-ci sayında, qəbul elanı isə 2-ci sayında dərc edilib. 

Qeyd edək ki,  TQDK cari tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsini 2011-ci il fevralın 20-də keçirmiş və bakalavrların ümumi intellekt səviyyəsi (məntiqi təfəkkür), xarici dil və informatika fənni  üzrə bilikləri test üsulu ilə yoxlanılıb.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı