Modern.az

Şabranda ev partladı: xəsarət alanlar var

Şabranda ev partladı: xəsarət alanlar var

Təhsil

19 Noyabr 2012, 10:15

Şabran şəhərində vətəndaşa məxsus ümumi sahəsi 108 kv.m olan birmərtəbəli ikiotaqlı evin mətbəxində yanğınla nəticələnən partlayış baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə,  mətbəxdə əşyalar 9 kv.m sahədə yanıb, evin əsas divarları, arakəsmə divarları və dam örtüyü uçub, ev sahibi və iki övladı müxtəlif bədən xəsarətləri alıbdır.

Xəsarət alanlar xəstəxanaya aparılıb. Yanğın saat 07:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb. İlkin ehtimala görə, partlayışa məişət qazının sızması səbəb olub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı