Modern.az

15 general işdən azad edildi

15 general  işdən azad edildi

Təhsil

18 Fevral 2010, 19:57

Rusiya prezidenti Dmitri Medvedev  “RF daxili işlər orqanları əməkdaşlarının vəzifələrindən  azad olunması barədə” sərəncam imzalayıb. Modern.az İTAR-TASS-a istinadən xəbər verir ki, sərəncama əsasən Rusiya Daxili İşlər Nazirliyinin 15 generalı vəzifələrindən azad olunur.  Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Rusiya DİN Operativ-axtarış bürosunun rəisi İvan Balbaşov, Tıva respublikasının daxili işlər naziri Viktor Lesnyak, Qaraçay  Çərkəz respublikasının daxili işlər naziri Nikolay Osyank, Buryatiyanın daxili işlər naziri Viktor Syusyura, Moskva daxili işlər orqanları  Baş idarəsinin rəis müavini Viktor Çerkaşin vəzifələrindən azad olunub. Medvedev bu səhər Rusiya daxili işlər nazirinin iki müavinini də istefaya göndərib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı