Modern.az

Tarif Şurasından AÇIQLAMA: “Hər hansı qiymət dəyişikliyi gündəmdə deyil”

Tarif Şurasından AÇIQLAMA: “Hər hansı qiymət dəyişikliyi gündəmdə deyil”

Təhsil

25 Dekabr 2012, 13:41

“Gələn il üçün məhsul və xidmətlərdə hər hansı qiymət dəyişikliyi məsələsi Tarif  Şurasının gündəmində deyil”.

Bu sözləri Modern.az-a açıqlamasında İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev deyib. O, bildirib ki, Tarif Şurası kollegial orqan olduğundan belə məsələləri də kollegial qaydada müzakirə edilir.

“Hələ ki, Tarif (qiymət) Şurasının müzakirələrində belə bir məsələ yoxdur”-deyən nazirlik rəsmisinin sözlərinə görə, bu gün məhsul və xidmətlərdə hər hansı qiymət dəyişikliyi məsələsi gündəmdə deyil.

Gültəkin Ələsgər 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı