Modern.az

Daxili İşlər Nazirliyi: “İsa Qəmbərlə bağlı hadisə araşdırılır” - AÇIQLAMA

Daxili İşlər Nazirliyi: “İsa Qəmbərlə bağlı hadisə araşdırılır” - AÇIQLAMA

Təhsil

22 Yanvar 2013, 17:05

“Lənkəranda Müsavat başqanı İsa Qəmbərlə bağlı baş verən hadisə araşdırılır. Araşdırmanın nəticəsi olaraq müvafiq qanuni qərar qəbul olunacaq”.

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov məlumat verib.   DİN rəsmisi onu da bildirib ki, araşdırma elə bir hüquqi prosedurdur ki, ona müdaxilə etmək, nə də onun gedişi barədə məlumat yaymaq olar. Onun sözlərinə görə, qanun bütün bunların hamısını qadağan edir:

“Araşdırma başa çatmamış heç nə demək mümkün deyil. Məsələ ilə bağlı iş başa çatandan sonra nə isə demək olar. Narahat olmağa heç bir əsas yoxdur. İş araşdırma mərhələsindədir və araşdırmanın  nəticədən asılı olaraq qərar qəbul olunacaq”.  

Qeyd edək ki, yanvar ayının 13-də Müsavat başqanı İsa Qəmbər Müsavat Partiyasının Lənkəran rayon şöbəsinin yaranmasının 20 illik ildönümü tədbirində iştirak etmək üçün Lənkəran şəhərinə gedərkən onun korteji hücuma məruz qalıb.  

Gültəkin Ələsgər     
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı