Modern.az

Sərdar Cəlaloğlu atdığı daşları torbasına yığdı

Sərdar Cəlaloğlu atdığı daşları torbasına yığdı

Education

27 Aprel 2013, 14:53

 

(həftənin subyektiv icmalı)

Bu həftə məmləkət əməlli-başlı yaz yağmuruna qonaq oldu. Əminliklə deyə bilərəm ki, belə qonaqlığı hər kəs sevmir. Nə isə. Keçək həftənin siyasi mənzərəsinə. Elə bilməyin ki, həftənin siyasi düşərgəsi məmləkətin başına yağan yağışdan  quru çıxdı! 

Hə dostlar, sözümün canı var. Yazını sonuna qədər oxusanız nə demək istədiyimi biləcəksiniz.                                     

Sərdar Cəlaloğluna nə olub?

Qazax əhli ADP sədrinin təhdidlərinə cavab olaraq, şairini elə məzarı önündə andı. Hətta tanınmış şair Nəriman Həsənzadə Səməd Vurğunu “dövrünün Şekspri” də adlandırdı.

Qazax əhlinin hirsi soyumamış qubadlılar ayağa qalxdı. Səbəb yenə də ADP sədri Sərdar Cəlaloğlunun təhqir xarakterli sayıqlama mesajlarının mətbuatda yer alması oldu. “Həcər Azərbaycan xanımlarına nümunə göstəriləcək birisi deyil. Düzdür, Qaçaq Nəbinin xidmətləri olub, vuruşub. Ancaq Həcər o qadındır ki, Nəbi öləndən sonra bir neçə kişiyə ərə gedib...” ADP sədri bir az da irəli gedərək deyib: “Qubadlılar Həcər ruhlu olduğuna görə torpağı qoyub getdi”. Sərdar müəllim, sizə nə olub axı! Bəs siz nə qoyub-nə axtarırsınız? Xalqın şairini, qəhrəmanını bu cür formada təhqir etmək olar!? Düzdür, qubadlılar torpağı düşmən yaraqlılarının əlində qoyub gəldi. Amma məcburən. Çünki kimlərinsə siyasi kürsü uğrunda apardıqları mübarizə naminə alınlarına yazılan döyüşü silahsız, hərbi sursatsız əliyalın xalq necə qazana bilərdi ki! ...ADP sədri sonda üzr istəməli oldu.

Halal olsun sizə, Zeynəb xanım!

Bir neçə həftə bundan öncə, mətbuatda Zeynəb Xanlarovanın mülkünə edilən hücumlardan xəbəriniz var, əziz oxucularım. Nəhayət, bu həftə Zeynəb xanım ona qarşı tənqidi fikirlər səsləndirənlərə reaksiya verdi. “Mən xalqıma, prezidentimə sədaqətliyəm, kimsə məni bu yoldan döndərə bilməz. Sadəcə bir arzum var. Bunu dəfələrlə demişəm, prezidentimin ətrafında bəzi adamlar var. Müxalifətin adı çıxıb. Əsl aləmi qarışdıranlar orda oturan bəzi şəxslərdir”.

Bəziləri alt paltarlarını hərraca çıxarır, bəziləri orqanlarını həkim bıçağı altında “oynadır”, bəziləri də hansısa kişinin pulu hesabına palçığın içində zər atır. O isə bəzilərindən biri deyil. O sadəcə olaraq xalqın Zeynəbidir.

XİN-nin Yaxın Şərq təəssüratları

Elmar Məmmədyarov Yaxın Şərq ölkələrinə səfər etdi. Azərbaycanla Yaxın Şərq ölkələri arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparıldı. Elmar Məmmədyarovun Yaxın Şərq ölkələrinə səfəri dünya mətbuatında da geniş işıqlandırıldı. Xüsusilə İran mətbuatı Azərbaycan-İsrail münasibətlərinə qarşı qısqanclığını gizlədə bilmədi, həmişəki kimi.

Menyuda soyunan müğənnilər var

Bu həftə İran yenə coşdu. İranın budəfəki hədəfi Azərbaycanın soyunan müğənniləri oldu. İranın alim dini lideri Ayətullah Əli Xamneinin təmsilçisi Seyid Həsən Amili xanım müğənnilərimizi təhqir edərək azərbaycanlı müğənnilərin yüngül əxlaqlı olduğunu, efirlərdə ancaq soyunaraq şou göstərdiyini vurğuladı. Ağa Seyid Həsən Amili cənabları, yüngül əxlaqlı müğənniləri təhqir etməyə nə lüzum var? Bunu özümüz də edirik. Deyəsən, Azərbaycan dövlətinin daxili siyasi abı-havasına milçək atıb ürək bulandırmağınız bəs deyil, indi də şou nümayəndələrimizi  ağ yuyub qara sərmək fikrinə düşmüsünüz. Çox maraqlıdır. Görəsən, cənublu ağa qardaşlarımızın təhdid menyusunda daha kimlər var?

“Üçü birində”

Milli Şuranın yaradılması perspektivi haqqında müzakirələrlə də yadda qaldı. Bu münasibətlə Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli və “El” hərəkatının lideri Eldar Namazov bir araya gəldi. Milli Şuranın yaradılmasının həqiqətə bir az da yaxın olduğunu vurğulayan Eldar Namazov dedi: “Yolun xeyli hissəsi qət olunub” Eldar müəllim, nə deyə bilərəm ki. Qalır sizin finişə çatdığınız yola gözlərimizi zilləmək. Bu arada ALP-nın lideri Lalə Şövkətin də Milli Şurada təmsil olunacağı xəbəri mətbuatda yer aldı. Yəqin daha ətraflı məlumatı üzümüzə gələn həftədə biləcəyik.

Həqiqi etiraf

Rusiyanın XİN rəhbəri Sergey Lavrovun Qarabağla bağlı çıxışı yaddaqalan oldu. “Qarabağ münaqişəsinin həllində heç bir irəliləyiş əldə olunmayıb”...

Namidə Bingöl

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı