Modern.az

Səfər Əbiyev ABŞ rəsmisinə iradlarını bildirib

Səfər Əbiyev ABŞ rəsmisinə iradlarını bildirib

Təhsil

2 İyul 2013, 14:06

Azərbaycan-ABŞ əlaqələrinin genişləndirilməsi məqsədilə ölkəmizə səfərə gələn Birləşmiş Ştatların müdafiə katibinin köməkçisinin müavini xanım Evelin Farkas müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə görüşüb.

Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, görüşdə Azərbaycan-ABŞ ikitərəfli  əməkdaşlıq proqramına əsasən hərbi əlaqələrin və müdafiə sahəsində münasibətlərin dərinləşdirilməsi istiqamətində faydalı fikir mübadiləsi aparılıb.

Azərbaycanın müdafiə naziri regiondakı gərgin hərbi-siyasi vəziyyəti qonağın diqqətinə çatdırmaqla yanaşı, ölkələrarası uzunmüddətli əməkdaşlığın inkişafına maneçilik törədən bəzi amillər üzərində dayanıb. O, 907-ci düzəlişin indiyədək aradan qaldırılmamasını xüsusi vurğulayaraq qeyd edib ki, bu düzəliş nəinki hərbi əməkdaşlıq məsələlərində, eləcə də digər problemlərin həllində öz mənfi rolunu oynayır. Nazirin fikrincə, vaxtilə ədalətsiz qaydada qəbul edilmiş bu düzəlişin ləğvi gələcək əməkdaşlıq sahəsində əlaqələrin daha da dərinləşməsinə əlverişli zəmin yaradar.

Görüş zamanı Azərbaycan-ABŞ arasında hərbi əməkdaşlığa dair digər mühüm məsələlər barədə də geniş müzakirələr aparılıb.

Görüşdə ABŞ-ın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Riçard  Morninqstar iştirak edib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı