Modern.az

Deputat Əli Kərimliyə Facebook-da cavab verdi

Deputat Əli Kərimliyə Facebook-da cavab verdi

Təhsil

11 Sentyabr 2013, 13:17


Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə AXCP sədri Əli Kərimlinin Facebook-da yazdığı statusa cavab verib. Modern.az-ın məlumatına görə, YAP funksioneri Əli Kərimlini məğlubiyyətlərini etiraf etməyə çağırıb.

“Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli dünən özünün Facebook səhifəsində yazıb:

“O qədər çox olmalıyıq ki, kampaniya dövründə 100 minlərlə ailənin qapısını döyə bilək...".

Bu etiraf müəyyən suallar doğurur. Bu o deməkdirmi ki, radikal müxalifət cəmiyyətdə qəbul olunmadığını etiraf edir. Əgər onlar hələ bundan sonra çox çalışmaqla yüz minlərin qapısını döymək istəyirlərsə, indi sayları nə qədərdir ? Azərbaycanda 5 milyondan çox seçici ( bu isə azı 2 miyon seçici ailəsi deməkdir ) olduğu halda, radikallar hələ bundan sonra yüz min qapını döymək istəyirlər. Seçki başlamamış nə tez bayraqlarını yerə qoymağa başlayırlar?”.

A.RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı