Modern.az

Putin Ermənistana gəldi

Putin Ermənistana gəldi

Təhsil

2 Dekabr 2013, 14:23

Rusiya prezidenti Vladimir Putinin təyyarəsi bir müddət öncə “Şirak” beynəlxalq hava limanına enib. Modern.az saytı Ermənistan KİV-nə istinadən bildirir ki, Rusiya dövlət başçısının səfəri ölkənin ikinci böyük şəhəri Gümrüdən başlayıb. O, səfər zamanı Ermənistan prezidenti Serj Sərkisyanla 102-ci Rusiya hərbi bazasına baş çəkəcək və Rusiya-Ermənistan beynəlxalq regional forumunda iştirak edəcək.

Yerevanda isə ikitərəfli əməkdaşlığa həsr olunan görüşdə əsas məsələ kimi Ermənistanın Gömrük İttifaqına üzvlüyü ilə bağlı Sərkisyanın sentyabrın 3-də Moskvaya səfəri zamanı əldə olunan razılaşma ətrafında fikir mübadiləsi aparıacaq.

Qeyd edək ki, Putinin səfərinə etiraz olaraq Yerevanda irimiqyaslı yürüşlər təşkil olunub. 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı