Modern.az

Azərbaycanda Qatar qəzaya uğrayıb, 7 vaqon relsdən çıxıb

Azərbaycanda Qatar qəzaya uğrayıb, 7 vaqon relsdən çıxıb

Təhsil

4 Yanvar 2014, 11:59

Fövqəladə Hallar Nazirliyi Hacıqabul rayonu ərazisində baş vermiş yol qəzası barədə məlumat yayıb. Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Hacıqabul rayonu, Qarasu qəsəbəsi ərazisində Bakı-Ucar istiqaməti ilə hərəkət edən 43 vaqondan ibarət yük qatarında qəza hadisəsi baş verib. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qəvvə və texnikası cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. Qəza nəticəsində 7 vaqon relsdən çıxıb. Benzinlə dolu çənin üst qapağından sızan yanacaq yanıb. Relsdən çıxan 62 ton yanacaqla dolu çəndən yolun kənarına yanacaq dağılıb. Benzinlə və dizel yanacağı ilə dolu çənlər, eləcədə digər vaqonlar yanğından mühafizə olunub. Yanğın saat 23:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı