Modern.az

Hacı Şahin: “Cənazə mərasiminin daş-qalaq edilməsi yolverilməzdir”

Hacı Şahin: “Cənazə mərasiminin daş-qalaq edilməsi yolverilməzdir”

Təhsil

23 Yanvar 2014, 14:58

“Cənazə mərasiminin daş-qalaq edilməsi yolverilməzdir. Hər hansı bir insan olur-olsun , bu, dini baxımdan düzgün deyil”. Bunu Modern.az-a dünən intihar etmiş homseksual İsa Şahmarlının bugünkü dəfnində yaşanan insidentə münasibətində Məşədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənli bildirib.

“Şəriətimizdə müəyyən cəzalar var. Ümumiyyətlə, daş-qalaq cəzasının özü dini alimlər arasında ciddi fikir ayrılıqları, mübahisə mövzusudur. Bəziləri belə bir cəza növünü inkar edir. Amma kimliyindən asılı olmayaraq insanın cənazəsinin təhqir edilməsi, daşlanması yolverilməzdir.”

Qeyd edək ki, özünü asaraq intihar etmiş İsa Şahmarlının dəfn mərasimində insident yaşanıb. Binə qəsəbəsində yerli sakinlər daş-kəsəklə dəfnə mane olmaq istəyiblər. Səbəb kimi İsa Şahmarlının cinsi azlıq olmasını göstərilib. Amma mərhumu Binə qəbiristanlığında dəfn etnmək mükün olub.

Gülşən Raufqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı