Filologiya üzrə fəlsəfə doktoru Şamil Sadiqov AMEA-ın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna direktor müavini təyin olunub. Alimin özü Modern.az-a verdiyi açıqlamasında bu faktı təsdiqləyib.
Qeyd edək ki, gənc alim Ş.Sadıqovun fəaliyyətində türk dünyası və türk xalqlarının ədəbiyyatı prioritet məsələ kimi qabardılır. 36 yaşlı alim AMEA-da hazırda ən gənc direktor müavinlərindən biridir.