2013-cü il noyabrın 30-dan bu il martın 4-dək Kiyevdəki qarşıdurmalarda ölənlərin sayı 98-ə çatıb. Modern.az saytı Ukrayna KİV-nə istinadən bildirir ki, bu məlumatı ölkənin Səhiyyə Nazirliyi açıqlayıb. Məlumatda qeyd edilir ki, həmin müddətdə tibbi yardım üçün müraciət edən 1008 nəfərdən 657-ci xəstəxanalara yerləşdiriliblər. Hazırda xəstəxanada 226 nəfər var. Səhiyyə Nazirliyi bundan əvvəl 95 nəfərin öldüyünü bildirmişdi.
Modern.az