
Rusiya hərbi qüvvələri Krımın Qərbində Ukraynaya aid olan raketdən müdafiə sistemlərinin də olduğu hərbi bazanı ələ keçirib. Modern.az saytının məlumatına görə bu barədə adının açıqlanmasını istəməyən Ukraynanın yüksək rütbəli hərbçisi Anadolu Xəbər Agentliyinin müxbirinə bildirib. Məlumata görə Krımın Qərbindəki A4519 nömrəli Evpatorya hərbi bazası rus ordusunun nəzarətinə keçib. Mənbə qeyd edib ki, Ukrayna hərbçiləri əvvəl müqavimət göstərsələr də, sonradan təslim olublar. Yayılan informasiyalarda o da bildirilir ki, hazırda bazada 40 rus əsgəri var.
Modern.az