Modern.az

Ukrayna MDB-dən çıxa bilər

Ukrayna MDB-dən çıxa bilər

Təhsil

13 Mart 2014, 10:10


Ukrayna üzv Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv olan ölkələr arasında yaranan münaqişələrin həlli vasitələrinə xidmət etmədiyi səbəbindən bu qurumun tərkibindən çıxa bilər. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bunu Ukrayna xarici işlər naziri vəzifəsini icra edən Andrey Deşitsa deyib. Nazirin sözlərinə görə, MDB-yə üzv olan ölkələr Ukraynanın Krım böhranı ilə bağlı xarici işlər nazirləri səviyyəsində təsili iclasının çağırılması tələbinə reaksiya vermirlər: “Biz ölkə kimi burada təmsil olunuruqsa, MDB icraiyyə komitəsinə müraciət edərək xahiş edirik ki, təcili toplantı keçirilsin. Ancaq qonşu ölkələrdən biri o birinə hərbi hücum etsə də, heç kim buna reaksiya vermir. Onda belə təşkilat nəyə lazımdır?”

 

  Modern.az   
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı