Modern.az

Güney Azərbaycanın parlamenti yaradıldı-FOTO

 Güney Azərbaycanın parlamenti yaradıldı-FOTO

Təhsil

15 Mart 2014, 21:21

15 martda Kopenhagendə son dərəcə diqqətəlayiq bir hadisə baş verib. Bir qrup Güney Azərbaycan aydını bir araya gələrək, Güney Azərbaycan Müvəqqəti Mühacir Parlamentinin yaradılmasını bəyan ediblər.   

Kopenhagendən göndərilən məlumatda deyilir:   

Güney Azərbaycan Müvəqqəti Mühacir Parlamentinin Yaradılması Haqqında Məlumat.

Bu gün, 15 Mart, 2014-cü ildə Danimarkanın Kopenhaqen şəhərində bir qrup Güney Azərbaycandan olan siyasi mühacir tarixi zərurətdən irəli gələn Güney Azərbaycan Mühacir Parlamentinin yaradılması barədə qərar qəbul edib. Müvəqqəti Mühacir Parlamenti bəyanat və müraciət qəbul edib, o cümlədən Müvəqqəti Mühacir Parlamentinin məsul heyətini seçib. 

Aşağıdakı şəxslər Məsul Heyətinin üzvləri seçiliblər:   

Firidun Pərvizniya 

Mahmudəli Çöhrəqanlı 

Nurəddin Qərəvi 

Əhməd Obalı 

Eldaq Qaradağlı 

Abdullah Əmirhaşimi

Mehmet Müştaq

Səməd Fərtaş 

Səttar Sevgin     ("musavat.com") 

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı