Modern.az

Belə də ölmək olar?.. Ölümün ölümsaçan qiymətləri

Belə də ölmək olar?.. Ölümün ölümsaçan qiymətləri

Education

16 Mart 2014, 17:21


İnsan dünyaya gələndə onun gələcək həyatı haqqında nə isə demək mümkün olmasa da, təkcə bir məsələ bəllidir ki, o nə vaxtsa dünyasını dəyişəcək. Ölüm kimliyindən asılı olmayaraq hamı üçün mütləqdir. Qorxu baxımından insanların birmənalı yanaşmadığı ölümün digər bir qorxusu, problemi də var. Ölən insanı haqq dünyasına yola salmaq üçün dəfn mərasimlərindəki günü-gündən artan xərclər.

Qəbirstanlıqda qəbir üçün yer.

Qəbirstanlığın yerindən asılı olaraq qiymətlər müxtəlifdir. Ən ucuz qəbir yeri üçün ən azı 400-500 manat ödənilməlidir.

Qəbirqazanın halallıq pulu.

İnsafından asılı olaraq 50-150 arası.

Mürdəşir xidməti.

50 manat. Çox vermək başucalığıdır.

Mollanın məzənnəsi.

Cənazə namazının qiyməti 40-50 manat. Üç mərasimini isə yola vermək üçün kişi məclisinin mollasına 100-150 manat, qadın məclisinə isə bir az artıq ağlatmağından asılı olaraq 200-300 manat ödənilməlidir.

Hüzr üçün icarəyə götürülən çadırlar.

Bu asılıdır ölən adamın statusundan və maddi vəziyyətindən. Hal-hazırda bu işlə məşğul olanlar iki cür çadır təklif edirlər. Kondisionerli, yaxınlığında ayaq yolu olmaqla VİP çadırlar qurularsa bir günü 700-800 manata başa gəlir. Bu tip çadırlarda 150-180 nəfər əyləşə bilər. Sadə çadırların bir günü üçün isə 200-300 manat ödəmək lazım gəlir.

Ehsan.

Ehsan bir adam üçün təxminən ən ucuz 8-10 manata başa gəlir.

Başdaşı.

Başdaşının qiyməti də müxtəlifdir. Bu asılıdır onun hansı daşdan düzəldilməyinə. Qiymətlər 800-1000 manatdan başlayaraq qalxır.

Bu gözə görünən xərclərdir. Arada xırda-para xərclər də ortaya çıxır. Bir sözlə elə bir vəziyyət yaranır ki, ölü sahibi ölüsündən çox öz halına ağlayır. Dini qurumlar tərəfindən dəbdəbəli ehsanların keçirilməməsi ilə bağlı tövsiyələr verilsə də, hər şey əksinə olur.

Vallah dəhşətdi, belə də ölmək olar?

İndi az məvacib alan özünə nə çarə qılsın? Ölümünü düşünsün, yoxsa zülümünü?

O dünyada nisyə də yoxdur ki, bu dünyaya nə isə göndərəsən. Heç olmasa səndən sonrakılar verdikləri ehsana görə utanmasınlar.

Hər şey baha, hər şey çətin.

Yalnız ölmək asan...

Yalnız ölüm ucuz...

İnsanın daxilindəki sonsuz yaşamaq eşqi bir yana, amma bunları düşünəndə vallah adamın ölməyi gəlmir. Odur ki, özünüzü qoruyun. Allah kərimdi...

İlham Cəmiloğlu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı