Masallı şəhərində 2 otaqlı köməkçi tikilidə baş verən partlayış zamanı xəsarət alan 37 yaşlı Ramin Ələkbərov martın 25-də Bakıda reanimasiyada dünyasını dəyişib.
Bunu Modern.az-a 5 saylı xəstəxananın Respublika Yanıq Mərkəzinin şöbə müdiri Vüqar Ələkbərov deyib:
“Təəssüflər olsun ki, xəsarətləri çox olduğundan yaşaya bilmədi. Onun həyat yoldaşı, İlhamə Ələkbərova, qızı Təhminə isə əməliyyatsız sağalaraq evə yazıldı”.
Həkim bayram günlərində müraciət edənlərin sayına da aydınlıq gətirib: “Ötən illə müqayisədə yanıqla bağlı müraciət edənlərin sayı çox az olub. Cəmi 5 nəfər ambulator xəstə gəlib ki, onların da vəziyyəti ağır olmayıb”.
Gülşən Raufqızı