Modern.az

Ermənistanın baş naziri istefa verdi

Ermənistanın baş naziri istefa verdi

Təhsil

3 Aprel 2014, 23:56


Ermənistanın baş naziri Tiqran Sarkisyan aprelin 3-də istefa verib. Modern.az “Armenia Today”a istinadən xəbər verir ki, bu barədə Ermənistan parlameninin vitse-spikeri Eduard Şarmazanov bildirib.

Onun sözlərinə görə, istefa Sarkisyanın üzv olduğu hakim Ermənistanın Respublika Partiyası tərəfindən qəbul edilib.

Eduard Şarmazanovun sözlərinə görə, Tiqran Sarkisyan bir ay əvvəl prezidentə istefa ərizəsi təqdim edibmiş Amma dövlət başçısı onun istefasını Gömrük İttifaqı və Konstitusiya məhkəməsində pensiya islahatı məsələlərinə görə bir qədər yubadıb.

Keçmiş baş nazir ona bu vəzifəni etibar etdiyi üçün prezidentə təşəkkür edib və yeni qurulacaq hökumətə uğurlar arzulayıb.
 
Hakim Respublikaçılar Partiyasından deyiblər ki, Tiqran Sarkisyanın istefası öz təşəbbüsü ilə baş verib. O son bir ayda ikinci dəfə istefa ərizəsi yazıb. Partiyadan onu da qeyd ediblər ki, istefa heç də müxalifətin hökumətin istefası ilə bağlı çağırışlarına cavab deyil.
 
Tiqran Sarkisyan baş nazir vəzifəsini 2008-ci ildən icra edirdi.


Modern.az  
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı